Xaçmazda avtomobil yoldan çıxaraq dərəyə aşıb

Aprelin 24-də səhər saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü Aslanov Rövşən Məhərrəm oğlu yüngül xəsarət alıb.

Qəzanın yüksək sürət səbəbindən sürücünün idarəetməni itirməsi nəticəsində baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiSabah Ramazan ayı başlayır
NövbətiII Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək