X Qlobal Bakı Forumunun iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

X Qlobal Bakı Forumunun iştirakçıları martın 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, forum iştirakçıları Ulu Öndərin məzarı önünə gül dəstələri düzüblər.

Sonra görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, məzarı üzərinə tər güllər düzülüb.

ƏvvəlkiParlamentlərarası İttifaqın 146-cı Assambleyasında
NövbətiƏrdoğan zəlzələdən sonra Türkiyəyə yardım edən ölkələrə təşəkkür edib