X Frederik Danimarka kralı elan olunub

Uzun saatlar gözlədikdən sonra on minlərlə danimarkalı X Frederikin kral elan edilməsinin şahidi oldu.

“Əlahəzrət kraliça II Marqret taxtdan imtina etdi. Yaşasın əlahəzrət Kral X Frederik!”,- deyə Danimarkanın Baş naziri Mette Frederiksen kral sarayındakı eyvandan üç dəfə elan etdi.

AZƏRTAC xəbər verir ki, bəzi danimarkalılar kral sarayına günəş doğmadan xeyli əvvəl gəliblər.

“Düşünürəm ki, kraliça Marqret taxtdan imtina etmək qərarına gələrək, müdriklik nümayiş etdirib. O oğlunu istiqamətləndirə bilər və bu, müasir kral evinin olduğuna işarə edir”, – deyə meydanda toplaşanlardan biri vurğulayıb.

Saat 13: 30-da vəliəhdlər cütlüyü klassik “Rolls Royce”da hərəkət edərək, toplaşan danimarkalılara əl edib. Xalq onları alqışlayıb. Onların ardınca kraliça Marqret atlı korteji hərəkət edib. Sonra kilsə zəngləri çalınıb.

Saat 15:00-da yeni seçilmiş kral X Frederik eyvana çıxaraq qısa nitq söyləyib və nitqini “Danimarka Krallığı naminə, bağlıyam, borcluyam” sözləri ilə tamamlayıb.

Əvvəlki“Zaqreb Open”: Azərbaycan güləşçisi son gündə qızıl medal qazanıb
NövbətiPrezident seçkilərində ödənişli seçkiqabağı təşviqata 44 media orqanı qoşulacaq