Volodimir Zelenski ilə Antonio Quterreş Mariupol böhranını müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Görüşdə Ukraynadakı təhlükəsizlik vəziyyəti müzakirə edilib.

BMT-nin baş katibi deyib ki, o, “Azovstal”dan insanları evakuasiya etmək üçün əlindən gələni edir.

Quterreş xüsusilə Mariupolu “böhran içərisində böhran” adlandırıb.

O həmçinin bildirib ki, “Azovstal” metallurgiya zavodundan insanların təxliyəsi üçün bütün lazımi işlər görülür.

Quterreş Mariupoldan evakuasiyanı reallaşdırmaq üçün Zelenski ilə intensiv danışıqlar apardığını deyib.