Virtual DOST platforması yaradılır

“Hazırda virtual dost platforması üzərində iş aparılır”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov “Sosial saat”da çıxışı zamanı deyib.

O qeyd edib ki, bütün xidmətilərin virtuallaşması istiqamətində işlər aparılır.

“Plana əsasən, 16 DOST Mərkəzi və 46 DOST filialı açmaq niyyətindəyik. Bu yanaşma ilə bütün ölkəni yaxın 5 il ərzində DOST mərkəzi və xidməti ilə əhatə edəcəyik. Proqram hazırdır və yaxınlarda ictimaiyyətə açıqlanacaq. Hazırda səyyar xidmətlər hələlik Bakı şəhəri üzrə həyata keçirilir. Bu xidmətlərin genişləndirilməsi üzrə işlər aparılır. Ucqar rayonlarla bağlı səyyar xidmətlərimiz də zamanla aktiv olacaq”, – F.Məmmədov bildirib.

Əvvəlki“Atasığorta”nın mənfəəti bölüşdürüləcək
Növbəti“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək