Veteranlar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları qurumun sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu Öndərin məzarını ziyarət edib, məzar önünə əkil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyevin Azərbaycan xalqının tarixi xilaskarı olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, onun veteranlara hər zaman böyük diqqət və qayğı göstərdiyini, onların sosial rifahının yaxşılaşması istiqamətində mühüm addımlar atdığını vurğulayıb.

Polkovnik Ulu Öndərdən miras qalan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Veteranlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzar önünə gül dəstələri düzüblər.

ƏvvəlkiTürk Dövlətləri Coğrafiya Şurası yaradılıb
NövbətiUkrayna qaçqınları Almaniyada aksiya keçiriblər