Venesuela bu gün milli valyutasını denominasiya edir

Türk.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin milli valyuta 1:100 000 nisbətində denominasiya edilir.

Buna səbəb Venesuelanın milli valyutası – bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir.

Yeni pulların dəyəri Venesuelanın “Petro” adlı kriptovalyutasının dəyərinə bağlı olacaq. Denominasiya ilə əlaqədar bu gün ölkədə qeyri-iş günü elan olunub ki, vətəndaşlar yeni pullara rahat öyrəşə bilsinlər.

ƏvvəlkiBədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinə yekun vurulub
NövbətiBakıda Qurban bayramı ilə əlaqədar heyvan kəsimi üçün ayrılan yerlər açıqlanıb