“Vətən oğulsuz olmasın” kitabının təqdimat mərasimi keçirilib

GöyGöl rayonunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin, Gəncə -Daşkəsən Regionol Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən oğulsuz olmasın” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət, ədəbiyyat, ictimaiyyət, media və şəhid ailələrinin nümayəndələri, tələbə-gənclər iştirak edib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı təqdimatı keçirilən “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr edildiyini və ilk təqdimatının 20 iyul, 2023-cü ildə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, 5 dekabr, 2023-cü ildə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, 8 dekabrda Sabirabadda Bayraq Muzeyində, 13 iyul Bərdədə Bələdiyyə Binasında keçirildiyini qeyd etdi. Güllü Tomarlı kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşündə söylənilən nitqlərin, səsləndirilən fikirlərin, Mirvarid xanımın xalqın müdrik oğluna həsr etdiyi şeirlərin toplandığını bildirərək, kitabın növbəti təqdimatlarının Ağsu rayonunda,, Sumqayıt şəhərində və digər bölgələrdə keçiriləcəyini söylədi.
Sonda xatirə şəkilləri çəkildi.

Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü, şair Mələk İsmayıl tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin ədəbiyyat, mədəniyyət, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından söhbət açaraq, “Vətən oğulsuz olmasın” kitabında toplanan faktların tarixi əhəmiyyət daşıdığını, Ulu Öndərin Xalq şairinə olan xoş münasibətinin bariz nümunəsi olduğunu bildirdi və Ulu Öndərə həsr etdiyi şeirlərini söylədi.

Sonra Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova, Göy göl rayon Təhsil sektorunun metodisti, sair, publisist Afət Qara qızı, Mərkəzləşmiş kitabxana sisteminin direktoru İntizar Əliyeva və başqaları çıxış edib kitabın Ulu Öndər haqqında yazılan çox dəyərli mənbə və nəşrlərdən biri olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Milli Lider Heydər Əliyev özü mədəniyyətə bağlı insan olduğu qədər də mədəniyyət işçilərinə, şair və yazıçılara, sənət adamlarına həmişə diqqət və qayğı gösdərib.Sonda təqtimat mərasimində kitabda toplanan və Milli liderə həsr olunan şeirlər səsləndirilib, tədbir iştirakçılarına kitablar da hədiyyə olunub.

Əvvəlki“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
NövbətiAğsu rayonunda “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib