Vətən Müharibəsi iştirakçısı olan qardaşlar Biləsuvarda coşqu ilə qarşılandı

Vətən Müharibəsində iştirak etmiş iki qardaşın Biləsuvar rayonuna qayıdışı sakinlər arasında böyük fərəh və coşquya səbəb olub.

“Report”un Muğan bürosunun məlumatına görə, Xızır Şahhüseynov və Xəzər Şahhüseynov qardaşlarının qayıdışı rayonda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Qeyd edək ki, qardaşlardan biri – Xəzər Şahhüseynov qazidir. O, ağır döyüşlərdən birində yaralanıb. Keçmiş döyüşçüləri bayraqlarla qarşılayan sakinlər onları alqışlayaraq Şahhüseynov qardaşlarına minnətdarlıqlarını bildiriblər. Xızır Şahhüseynov və Xəzər Şahhüseynov isə bildiriblər ki, hər zaman Vətənin keşiyində dayanmağa, gələcəkdə də lazım gəlsə, yenidən əllərinə silaha sarılmağa hazırdırlar.

ƏvvəlkiMüdafiə Nazirliyi Qubadlı rayonunun Muradxanlı kəndinin videogörüntülərini yayıb
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib