ÜST: Sudanda toqquşmalarda ölənlərin sayı 270-ə çatıb

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalarda 270 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bəyan edib.

Onun sözlərinə görə, silahlı qarşıdurmalarda 2 600-dən çox mülki vətəndaş və hərbçi yaralanıb.

Hazırda ən şiddətli döyüşlərin paytaxt Xartumda getdiyini bildirən Qebreyesus, şəhərin vəziyyətin təhlükəli olması səbəbindən tibb işçiləri və təcili yardım maşınlarının sağlamlıq müəssisələrinə çatmaqda çətinlik çəkdiyini vurğulayıb:

“Xartumda yaralı mülki vətəndaşları qəbul edən xəstəxanalar tibbi personalın və həyati xilasedici tibbi ləvazimatların çatışmazlığından xəbər verirlər. Bildirilib ki, xəstəxanaların generatorlarında yanacaq çatışmazlığı, o cümlədən su və elektrik enerjisinin kəsilməsi səhiyyə ocaqlarının funksionallığına təsir göstərir”.

ƏvvəlkiSalyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şəraitlə tanışlıq
NövbətiCeyhun Bayramov sülh üzrə atılan addımlar barədə İƏT-in Baş katibini məlumatlandırıb