USAID-in dəstəyi ilə tikilmiş soyuducu anbarlar Azərbaycanda çiyələyin ixracını artırıb

Azərbaycanın cənub bölgələrində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə tikilmiş beş soyuducu anbar çiyələyin ixrac imkanlarını xeyli artırıb.

Bu barədə “Report”a ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

Qeyd edilir ki, üç il əvvəl Lənkəranda 3 hektarlıq sahədə çiyələk istehsalına başlanılıb, hazırda bu, 250 hektar ərazini əhatə edir.

“Ötən il mən 45 kiçik fermerdən çiyələk alırdım. Bu il USAID-in dəstəyi ilə tikilmiş soyuducu anbar sayəsində ixrac üçün 80 fermerdən çiyələk toplayıram. Xərclənən zəhmətin qarşılığını görən fermerlər bu sahəyə daha çox maraq göstərirlər”, – USAID-in benefisiarı, soyuducu anbarın sahibi İsgəndər Şərifov bildirib.

Çiyələk ABŞ-da yay vaxtı xüsusi olaraq qonaq edilən qidadır.

ƏvvəlkiKəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub
NövbətiAşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub