UNESCO-nun İpək Yolu Proqramı çərçivəsində müsabiqəyə layihə qəbulu davam edir

UNESCO-nun İpək Yolu Proqramının “Silk Roads Youth Research Grant” layihəsi çərçivəsində tədqiqat müsabiqəsinə layihə qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaşı 35-dək olan tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsini mayın 31-dək təqdim edə bilərlər.

Müsabiqə barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.