UNESCO-nun İcra Şurasının 210-cu sessiyasının plenar iclası başlayıb

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun İcra Şurasının 210-cu sessiyasının plenar iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, onlayn keçirilən plenar iclasda sessiyanın gündəliyi təsdiqləndikdən sonra Büronun hesabatı dinləniləcək, 209-cu sessiyanın 6-cı fövqəladə sessiyasının protokolu təsdiqlənəcək. Qurumun Baş direktorunun İcra Şurasının daxili nizamnaməsinin 59-cu maddəsinin tətbiqinə dair hesabatı dinləniləcək.

Dekabrın 2,3 və 10-da davam edəcək plenar iclasda qurumun Baş Konfransında qəbul edilmiş proqramın icrasına, eləcə də 2020-2021-cu illərdə maliyyə idarəçiliyinə dair hesabatlar dinləniləcək. İcra Şurasının və Baş konfransın əvvəlki sessiyalarında qəbul edilmiş qərar və qətnamələrin icra vəziyyətinə baxılacaq.

Təhsilin gələcəyinə dair təşəbbüs, inkişafa dair BMT sisteminə yenidən baxılması, biennalın icrasına dair nəşrlər və yayımlar planının nəzərdən keçirilməsi, UNESCO nəzdində assosiasiya və klubların nizamnamə çərçivəsi kimi məsələlər də plenar sessiyanın gündəliyində öz əksini tapır.

Qeyd edək ki, 210-cu sessiya dekabrın 10-dək davam edəcək.

ƏvvəlkiAzərbaycanda Zəfər Günü təsis edilib
NövbətiHər 1000 manat kredit üçün, ayda 33 manat ödəniş edin!