Ukraynanın Rusiyaya qarşı Haaqa Məhkəməsində iddiasına 2 dövlət qoşulub

Kanada və Nideland BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsinə birgə ərizə ilə müraciət edib.

APA-nın xəbərinə görə, iddiaçılar Ukraynanın Rusiyaya qarşı iddiasına münasibət bildirmək niyyətindədir. Onlar 1948-ci il Konvensiyasının Rusiyaya münasibətdə tətbiqini şərh etmək istəyirlər. Bu barədə məlumat Kanada hökumətinin saytında dərc olunub.

Ottava və Amsterdam Rusiyanı Ukrayna ərazisində hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Əvvəlki“Brent” neftinin qiyməti 11 aydan sonra ilk dəfə 78 dollardan aşağı düşüb
NövbətiAzərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub