Ukraynanın əməkdar artisti Kiyevdə raket hücumu zamanı həlak olub

Ukraynanın əməkdar artisti Oksana Şvets Kiyevdə raket hücumu zamanı həlak olub.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Şvetsin işlədiyi Gənclər Teatrının açıqlamasında deyilir.

Qeyd edək ki, 67 yaşlı Oksana Şvets 42 il səhnədə çıxış edib.

Bundan əvvəl mart ayında İrpen uğrunda döyüşlər zamanı Rusiya hərbçiləri aktyor Paşa Lini öldürüblər.