Ukrayna prezidenti rusiyalı həmkarına görüş təklifi edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının prezidenti Vladimir Putinin nə istədiyini bilmədiyini deyib, və buna görə də ona görüş təklifi edib.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, V. Zelenski bunu Münhen Təhlükəsizlik Konfransı zamanı xarici və Ukrayna kəşfiyyatının məlumatlarını şərh edərkən bildirib.

Moderatorun Vladimir Putinin nə istədiyini başa düşüb-düşməməsi ilə bağlı sualını cavablandıran Ukrayna prezidenti bunları qeyd edib:

“Rusiya Federasiyasının prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüşməyi təklif edirəm”.

Bundan əvvəl Ukrayna mediasına müsahibəsində Zelenski Putinlə ehtimal olunan görüşdən gözləntiləri barədə danışmışdır.

Onun fikrincə, Ukrayna və Rusiya prezidentlərinin görüşü ölkələr arasında münasibətləri mütləq bərpa edəcək.

Əvvəlki“Pekin-2022”: Çin yığması medal sıralamasında ABŞ-ı qabaqlayaraq üçüncü yerə yüksəlib
NövbətiAzərbaycanda əsas ərzaq məhsullarının bahalaşmasının qarşısının alınması müzakirə olunub