Ukrayna istənilən halda Donbas və Krımı qaytaracaq.
Türk.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin rəhbəri Vasili Vovk deyib.
O bildirib ki, yaxın 5-15 il ərzində torpaqlar azad ediləcək:
“Gərək doğrunu danışaq, insanları aldatmayaq. “Donbasın 99 faizi Ukraynaya qayıtmaq istəyir” sözləri yalandır. Biz nəinki işğal olunmuş, hələ ətraf ərazilərdə də durumu bilirik. Əhalinin əksəriyyəti Rusiyanı istəyir”.