Ukrayna ali məktəblərini bitirən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu il Ukrayna ali məktəblərini bitirərək diplom alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Təhsil və Elm Nazirliyindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2020/2021-ci tədris ilində ölkədəki bütün ali məktəblər üzrə 1298 Azərbaycan vətəndaşı məzun olub.

Məlumata görə, bu il məzun olanlarla birlikdə ümumilikdə 4628 nəfər Azərbaycan vətəndaşı Ukraynada təhsil proqramlarında iştirak edir.

Əvvəlki“Taliban” hərəkatı Əfqanıstanın şimal əyalətinin paytaxtına daxil olub
NövbətiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib