Ukrayna ABŞ-dan ilk uzaqmənzilli “M270” raket sistemlərini alıb

Ukrayna ABŞ-dan ilk uzaqmənzilli “M270” raket sistemlərini alıb.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Oleksiy Reznikov tviterdə bildirib.

“M270” universal sistemləri “MLRS” kimi taktiki raketlərin buraxılması üçün istifadə olunur. Minimum atəş məsafəsi mərminin növündən asılı olaraq 2 000 metr, maksimum məsafə 40 000-80 000 metrdir. Taktiki raketləri 220 kilometrə qədər məsafəni vurmağa qadirdir.

Xatırladaq ki, bundan əvvəl Norveçin Ukraynaya üç “M270” raket kompleksi təhvil verəcəyi barədə məlumat yayılıb.

ƏvvəlkiPrezident İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib