TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Balkan ölkələrinə qastrolu başa çatır

TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Balkan yarımadası ölkələrinə qastrolu başa çatır.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar qastrol çərçivəsində Monteneqronun Tsetin şəhərində “Espressivo” beynəlxalq festivalına qatılacaqlar.

Orkestrin rəhbəri azərbaycanlı maestro Mustafa Mehmandarovdur. Konsert proqramında Ülvi Camal Erkin, Qara Qarayev və Nura Xalməmmədovun əsərləri ifa ediləcək.

Orkestr avqustun 3-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda konsert verəcək. Onların qastrolu avqustun 4-də Zenitse şəhərində musiqi gecəsi ilə baş çatacaq.

ƏvvəlkiPrezidentin sonuncu sərəncamı ilə Qarabağ əlilləri və şəhid ailələrinə 300-dən çox mənzil veriləcək
NövbətiNazim İbrahimovun qardaşı həbs edildi