TÜRKPA missiyası Qırğız Respublikasında parlament seçkilərini müşahidə edəcək

Noyabrın 28-də Qırğız Respublikasında parlament seçkiləri keçiriləcək. Azərbaycan, Qazaxıstan və Türkiyədən olan parlamentarilər və TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası seçkilərinin müşahidəsində iştirak edəcək.

TÜRKPA-nın Beynəlxalq Katibliyindən AZƏRTAC-a bildirilib ki, missiyanın müşahidə proqramı çərçivəsində rəsmi şəxslərlə, həmçinin seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir. Seçki günü TÜRKPA müşahidəçiləri səsvermə prosesini izləmək məqsədilə seçki məntəqələrində olacaqlar.

Missiya müşahidə işinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.