Türkiyənin Baş Ombudsmanı: “Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir”

Türkiyənin Baş Ombudsmanı: “Haqsızlıqlar deyilmədikcə yalanlar doğruları üstələyər”

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bu sözləri Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncə şəhərinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Mülki vətanşların ölümü ilə nəticələnən bu hadisələri törədənlər cəzasız qalmayacaqlar, onlar dünya qarşısında cavab verəsi olacaqlar. Bu bombaları günahsız insanların üzərinə atanlar daha rahat ola bilməyəcəklər, onlardan hesab soruşulacaq. Onlar bu gün də olmasa, sabah dünya qarşısında cavab verməli olacaqlar. Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir və dünya tarixində bu cür hallar heç vaxt bağışlanmayıb”.

Qeyd edək ki, Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncəyə gəlib. Burada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.

ƏvvəlkiPrezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu
NövbətiSəfir Musəvidən təbrik: “İran xalqı Azərbaycan xalqının sevincinə sevinir”