Türkiyədə tarixi səsvermə

Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.

“Report”un qardaş ölkəyə ezam olunan əməkdaşı xəbər verir ki, seçicilər səsvermədə fəal iştirak edirlər.

Seçki sakit şəraitdə, problemsiz davam edir.

“Report” səsvermə prosesindən fotoreportajı təqdim edir.

Xatırladaq ki, bu gün tarixdə ilk dəfə Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.

ƏvvəlkiQərbi Azərbaycan İcmasının BMT-yə ünvanlandığı məktub təşkilatın rəsmi sənədi kimi yayılıb
NövbətiHindistanda ölkəmizin Müstəqillik Günü və Ümummilli Liderin 100 illiyi qeyd edilib