Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Manisa vilayətinin Saruhanlı bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb.

Zəlzələnin episetri Manisa şəhərinin Saruhanlı rayonunda 9,29 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və itkilər barədə məlumat verilmir.

ƏvvəlkiMüdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
NövbətiTbilisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub