Türkiyədə Çanaqqala zəfərinin 105-cü ildönümü qeyd olunur

Türkiyənin Çanaqqala şəhərində 1915-ci il şəhidlərinin xatirəsi ehtiramla anılır, Çanaqqala dəniz döyüşlərində qələbənin 105-ci ildönümü münasibətilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu mərasimlər şəhərin “Çimenlik” qalasından “Çanaqqala-Ankara 23-cü zəfər qaçışı” ilə başlayıb. Yürüş iştirak edən idmançılar tərəfindən şəhərinin “Gelibolu Yarımadası Tarixi Milli Parkı”ndan götürülən torpaq və suyu, həmçinin əllərində dalğalandırdıqları şanlı Türk bayrağını martın 18-də keçiriləcək rəsmi tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.

Yürüş Çanaqqaladan başlayaraq Ankara istiqamətində altı şəhəri əhatə edəcək.

Bayram tədbirləri “Çimenlik” qalası ətrafında davam etdirilib.

ƏvvəlkiAzərbaycan ilə Almaniya arasında hərbi əməkdaşlıq sahəsində yeni layihələrin həyata keçirilməsi davam etdiriləcək
NövbətiGömrük Akademiyasında dərslər distant formada keçirilir