Türkiyədə 1900-dən çox kəndlə əlaqə kəsilib

Türkiyənin şərqində yağan güclü qar və havaların şaxtalı keçməsi səbəbindən 1906 kəndlə əlaqə kəsilib. Dağ kəndlərində qarın hündürlüyü bir metri keçib.

AZƏRTAC xəbər verir ki, ölkənin Qars, Ərzurum, Ərzincan, Ağrı və Ardahan vilayətlərini əhatə edən bu kəndlərdə əhalinin zəruri tələbatlarını ödəmək üçün bölgəyə əlavə texnika göndərilib. Ərzurum-Ərzincan və Ərzurum-Ağrı şoselərində nəqliyyatın hərəkəti həddən artıq çətinləşib.

ƏvvəlkiDonald Trampın sabiq müşaviri həbs olunub
NövbətiBakı Metropoliteninin deposunda daha bir yarımstansiyası qurulur