Türkiyə Prezidenti Brüsselə səfər edəcək

Martın 23 və 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçiriləcək NATO-nun növbədənkənar Liderlər Zirvəsində iştirak etmək üçün Belçikaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, Rusiya-Ukrayna böhranının müzakirə ediləcəyi Zirvə görüşündə Türkiyə məsələyə dair öz mövqeyini bildirəcək. Prezident Ərdoğan görüşdə iki ölkə arasında atəşkəsin təmin edilməsi istiqamətində həm özü, həm də Türkiyənin dövlət rəsmilərinin diplomatik təşəbbüsləri haqqında məlumat verəcək, Ankaranın problemin həlli ilə bağlı təkliflərini irəli sürəcək.

Səfər çərçivəsində Prezident Ərdoğanın NATO Sammitində iştirak edəcək dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

ƏvvəlkiXarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefon danışığı olub
NövbətiTürkmənistan hökuməti istefaya göndərilib