Türkiyə gəmisinə hücum edildi – Heyət üzvləri girov götürüldü

Nigeriya sahillərində Türkiyəyə aid gəmiyə hücum olub.

Minval.info Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyəyə aid karqo gəmisində 18 nəfər olub, onlardan 10-u qaçırılıb. Qaçırılanların kimlikləri hələki məlum deyil.

“Paksoy 1” adlı gəminin Qana sahillərinə aparıldığı bildirilib. 114 metr uzunuğunda və 17 metr genişliyində olan gəmiyə Qana Dəniz Qüvvələrindən bir gəminin bələdçilik etdiyi bildirilib. Qana Dəniz Qüvvələri girovları xilas etmək üçün çalışırlar.

ƏvvəlkiMeqafon Azərbaycan xalqından üzr istədi
NövbətiDünya Robot Olimpiadasının azərbaycanlı finalçıları üçün Daşkəsəndə düşərgə təşkil ediləcək