Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə konsert proqramı təşkil olunub

Türkiyədə qeyd olunan 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə “Yeddi təpəli şəhər İstanbuldan yeddi qitəyə” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ölkənin Prezident Administrasiyası tərəfindən keçirilən konsertdə çox sayda Türkiyə müğənnisi iştirak edib.

Konsert proqramının çəkilişləri Ayasofya Muzeyi, Qız Qalası, Qalata Qülləsi, 15 İyul Şəhidlər Körpüsü, Dolmabaxça Sarayı da daxil olmaqla İstanbulun rəmzlərinə çevrilmiş yeddi məkanda aparılıb. Layihə vasitəsilə İstanbuldan dünyaya sevgi və birlik çağırışları səsləndirilib.

Proqram Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəsmi “YouTube” kanalı vasitəsilə yayımlanıb.

ƏvvəlkiRotterdam “Eurovision-2021”lə bağlı qərarını açıqladı
Növbətiİran ABŞ-a etiraz notası təqdim edib