Türkiyədə sərnişin avtobusu aşıb, onlarla insan yaralanıb

Türkiyənin Diyarbəkirdə sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, qəzaya qar yağması səbəbindən yolun buzlu olması səbəb olub. Nəticədə avtobus idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə polis, jandarm, təcili yardım və xilasedicilər cəlb olunub və yaralılar hadisə yerindən təxliyə edilib.

Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.

ƏvvəlkiBöyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıI medal qazanıb
NövbətiSülhməramlıların iki avtomobilinin Xankəndiyə maneəsiz keçidinə şərait yaradılıb