Türkiyədə Çanaqqala zəfərinin 105-cü ildönümü qeyd olunur

Türkiyənin Çanaqqala şəhərində 1915-ci il şəhidlərinin xatirəsi ehtiramla anılır, Çanaqqala dəniz döyüşlərində qələbənin 105-ci ildönümü münasibətilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu mərasimlər şəhərin “Çimenlik” qalasından “Çanaqqala-Ankara 23-cü zəfər qaçışı” ilə başlayıb. Yürüş iştirak edən idmançılar tərəfindən şəhərinin “Gelibolu Yarımadası Tarixi Milli Parkı”ndan götürülən torpaq və suyu, həmçinin əllərində dalğalandırdıqları şanlı Türk bayrağını martın 18-də keçiriləcək rəsmi tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.

Yürüş Çanaqqaladan başlayaraq Ankara istiqamətində altı şəhəri əhatə edəcək.

Bayram tədbirləri “Çimenlik” qalası ətrafında davam etdirilib.