Türkiyənın Kahramanmaraş əyalətinin avtobusun aşması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Türk.az “Hurriyet”ə istinadən xəbər verir ki, qəza Elbistan rayonu ərazisində, Birecik-Şanlıurfa avtomobil yolunda qeydə alınıb.
Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Avtobusdakı fəhlələr Şanlıurfadan Kahramanmaraşa 1 may Zəhmətkeşlər günü ilə bağlı keçirilən yürüşə qatılmaq üçün gedirmişlər.
![](https://report.az/storage/news/1a1b55e7aaef1657875241fa8da29ed1/2c3ee121-a633-4e7d-97e5-a077c311e400_640.jpg)