Türkiyə ilə Bolqarıstan arasında təbii qaz nəqlinə dair anlaşma imzalanıb

Türkiyə ilə Bolqarıstan arasında təbii qaz nəqlinə dair anlaşma imzalanıb.

AZƏRTAC xəbər verir ki, anlaşmaya əsasən, Türkiyə Bolqarıstanı hər il 1,5 milyard kubmetr olmaqla, 13 il təbii qazla təmin edəcək.

Bolqarıstana səfər edən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib ki, imzalanan bu anlaşma Bolqarıstan başda olmaqla, Avropanın qazla təchizatındakı təhlükəsizliyin təmin olunmasına təsir edəcək.