Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilir

Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə türk dövlətlərindən 60-dan çox universitetin rektorları iştirak edirlər.

Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və başqaları çıxış ediblər.

İclasda TÜRKÜNİB-in gələcək fəaliyyəti barədə əhəmiyyətli olan məsələlər müzakirə edilib. Eyni zamanda, TÜRKÜNİB-ə üzvlüklə bağlı 60-a yaxın universitetin müraciətinə baxılıb.

ƏvvəlkiAİ İrana başsağlığı verib
NövbətiBu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür