Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.

Əvvəlkiİşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə dair ən çox yaranan sualların cavabları
NövbətiTürkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü