Türk dövlətləri tranzit daşımaları sahəsində əməkdaşlığı müzakirə edib

“Türkiyə – Türkdövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” çərçivəsində keçirilən panel iclaslarında türkdilli ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat Naziri Mikayıl Cabbarov tviterdə yazıb.

Paylaşımda deyilir: “İnanırıq ki, səsləndirilən təkliflərin, birgə təşəbbüslərin reallaşdırılması ortaq hədəflərimizin gerçəkləşdirilməsinə töhfə verəcək”.

ƏvvəlkiBakıda güclü külək 100-ə yaxın ağacı aşırıb
NövbətiBeynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib