“TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimlərində ətrafı tanıma uçuşları keçirilir

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində “TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən Türk.az-a verilən məlumata görə, təlimlərdə iştirak edən pilotlar ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün təlimin qaydaları barədə müxtəlif brifinqlər təqdim olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.

ƏvvəlkiRəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edəcək
Növbətiİcra Hakimiyyəti qanunsuz zəbt olunmuş torpaq sahəsinin hasarlarını söküb