Tural Gəncəliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.

“Report” xəbər verir ki, icmanın rəhbəri Tural Gəncəliyev görüşdə Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlığını diqqətə çatdırıb.

Qeyd edib ki, Minsk qrupu münaqişənin həlli istiqamətində fəaliyyət göstərsə də, heç bir nəticə yoxdur: “Azərbaycan konkret nəticələr gözləyir. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Azərbaycan isə tam əksinə olaraq, münaqişənin sülh yolu ilə həllini istəyir. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir”.