Trend BİA və SOCAR adından feyk məlumatlar yayılır

Son günlər sosial şəbəkələrdə və müxtəlif internet səhifələrində “feyk” məlumatlar yayılır. Burada fırıldaqçılar Trend BİA-nın bannerindən istifadə edərək vətəndaşlara Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-a guya sərmayə qoya və ya iş tapa biləcəyi platformaya keçməyi təklif edirlər.

Trend BİA bildirir ki, bu məlumatların agentliyə aidiyyatı yoxdur, heç vaxt saytımızda və ya şirkətin informasiya məhsullarında yerləşdirilməyib.

Vətəndaşları diqqətli olmağa, fırıldaqçıların hiylələrinə uymamağa və lazım gəldikdə hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.