Trampın qoşunları Suriyadan çıxarmaq qərarı ABŞ-da mübahisələrə səbəb olub

ABŞ Prezidenti Donald Trampın 2 min nəfərlik hərbi kontingentin Suriyadan çıxarılacağı haqda bəyanatı Birləşmiş Ştatların Senatı və Konqresində birmənalı qarşılanmayıb.

“The New-York Times” yazır ki, respublikaçılar və demokratlar bu addımın doğuracağı geosiyasi fəsadlardan, Suriyada vəziyyətin Rusiya və İranın tam nəzarətinə keçəcəyindən narahatlıq ifadə ediblər. Tramp “Twitter” səhifəsində “İslam dövləti” terror təşkilatı üzərində qəti qələbə qazanıldığı və amerikan əsgərlərinin vətənə dönməsinin vaxtı gəldiyini bəyan etsə də, Pentaqon bunun tam əksi olan bəyanatla çıxış edib. Müdafiə Nazirliyində CNN-ə bildiriblər ki, “hərbçilərin geri qayıtması məntiqsiz və vaxtı çatmamış” addımdır.

“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ-ın müdafiə naziri Cim Mattis Suriyada kiçik bir hərbi hissə saxlamağı tövsiyə etsə də, ABŞ Prezidenti bu təklifi qəbul etməyib. Bununla bağlı Mattisin vəzifəsindən istefa edəcəyi də xəbər verilir.

Birləşmiş Ştatların ən böyük müttəfiqi olan Böyük Britaniyanın müdafiə naziri də Trampın bu qərarının düzgün olmadığı qənaətindədir.

Əvvəlki“Alstom” ilk yük lokomotivini Azərbaycana çatdırıb
NövbətiAtəşkəs rejimi 25 dəfə pozulub