Tramp: ABŞ-ın İrandakı əməliyyatı qrafiki qabaqlayır, 48 lider öldürülüb

ABŞ prezidenti Donald Tramp İran liderlərinin bir anda məhv edilməsi əməliyyatının uğurlu olduğunu elan edib.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri bunu CNBC jurnalisti Co Kernenə verdiyi müsahibədə bildirib.

“Heç kim bizim uğurumuza inana bilməz, çünki 48 lider bir anda yoxa çıxdı”, – deyə Ağ Ev rəhbəri bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrandakı əməliyyatı qrafiki qabaqlayır.

Tramp həmçinin vurğulayıb ki, ABŞ bu işi “təkcə özü üçün deyil, bütün dünya üçün” görür.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İranın müdafiə rəhbərliyinin, xüsusən də 40 yüksək vəzifəli İran hərbi rəsmisinin öldüyünü açıqlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu komandiri Məhəmməd Pakpurun ölümünü təsdiqləyib. İran mediası həmçinin müdafiə naziri Əziz Nəsirzadənin, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvinin, İran kəşfiyyatının rəhbəri Qulam Rza Rzayanın və Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ölümü barədə məlumat yayıb.

ƏvvəlkiKanada İrandakı vətəndaşlarının təxliyəsi üçün Azərbaycana təşəkkür edib
Növbətiİrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib