Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Prokurorluqdan “Report”a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

ƏvvəlkiGəncə və yaxın rayonlarda qasırğa olub, Göygölə dolu yağır
NövbətiDənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib