TDT-in keçmiş baş katibinə yeni vəzifə verilib

Türk Dövlət Təşkilatının (TDT) keçmiş Baş katibi Bağdad Amrayev Türk İnvesitiya Fonduna sədr təyin edilib.

“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatından bildirilib.

Qeyd edək ki, Türk İnvesitiya Fondunun yaradılması barədə qərar TDT liderlərinin dünən Səmərqənddə keçirilən IX Zirvə görüşündə qəbul edilib.

Həmçinin Zirvə görüşündə Qırğız Respublikasının nümayəndəsi Kubanıçbek Ömüraliyev TDT-nin yeni Baş katibi təyin olunub.