Tahir Salahov Birinci Fəxri xiyabanda dəfn ediləcək

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov Bakıda I Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda Xalq rəssamının cənazəsinin Almaniyadan Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva 21 may – Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşım edib
NövbətiJurnalistlərə vaksinin ikinci dozası mayın 31-də vurulacaq