“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” – beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

İyunun 1-də “Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Şuşada keçiriləcək tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq.

Türk dövlətlərinin məktəbliləri Şuşada bir araya gələrək türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər.

ƏvvəlkiAzərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
NövbətiPrezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib