“Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Aprelin 11-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Agentliyin Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı müsabiqə ilə bağlı məlumat verib.

50-dən çox QHT nümayəndəsinin iştirak etdiyi tədbirdə “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsində iştirakla bağlı tələblər, Agentliyin QHT-lərdən gözləntiləri, layihələrin təqdim olunma qaydası və müddəti, layihələrin qiymətləndirmə meyarları haqqında məlumatlar iştirakçılara təqdim olunub.

Tədbirin sonunda Elnur Bağırlı və Agentliyin Baş mühasibi Ramiz Əliyev qeyri-hökumət təşkilatlarının müsabiqə ilə bağlı suallarını cavablandırıb.

ƏvvəlkiTaleh Kazımov Mərkəzi Bankdakı gələcək fəaliyyətilə bağlı danışıb
NövbətiAzərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub