Suraxanıda baş verən yanğın 1 nəfərin ölümünə səbəb olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

ƏvvəlkiTürkmənistan parlamenti “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu ratifikasiya edib
Növbətiİranda güclü zəlzələ baş verib