Surət Hüseynov komadadır

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman komaya düşüb.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas fiqur olub.

Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.

İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.

ƏvvəlkiOmbudsman: “AŞ baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı həqiqətə əsaslanmayan son bəyanatı narahatlıq yaradır”
NövbətiOrxan Məmmədov: “Hesabatlarında uyğunsuzluq olan vergi ödəyicilərinin əksəriyyəti KOB-lardır”