Sumqayıtda yanğın baş verən əraziyə polis əməkdaşları cəlb olunub

Sumqayıtda yanğın baş verən əraziyə polis əməkdaşları cəlb olunub.

Bu barədə “Report”a DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək işçilərin təxliyəsi təmin olunur.