Sumqayıtda tingpaylama aksiyası keçiriləcək

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə tədbirlərə davam edilir.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə aprelin 13-də “Unibank” ASC-nin Sumqayıt filialının qarşısında tinglərin paylanması aksiyası keçiriləcək.

Vətəndaşlar bu tədbirdə fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırılır.

ƏvvəlkiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində yeni həyətin açılışında iştirak edib
NövbətiNyu York metrosunda atışma olub